"İnter"dən "Barselona"nın transfer təklifinə cavab

18 Fevral 23:30 İspaniya 454
"İnter"dən "Barselona"nın transfer təklifinə cavab

“İnter” Lautaro Martines üçün “Barselona”ya şərt qoyub.

Sportinfo.az xəbər verir ki, İtaliya təmsilçisi oyunçusuna qarşılıq Antuan Qrizmannı istəyir.

Məlumata görə, Martinez Messi ilə bir komandada çıxış etmək istəyir. O, daha öncə verdiyi açıqlamada “Braselona”da oynamağa müsbət yanaşmışdı.

Ancaq Milan klubu futbolçunun əvəzinə Antuan Qrizmannı tələb edəcək. Tərəflər arasında danışıqların hansı nəticə ilə bitəcəyi maraqla gözlənilir.

Lautaro Martines bu mövsüm 16 qol vurub. Qrizmann isə “Barselona”da gözləntilərin uzağında qalıb. O, komandası ilə keçirdiyi 32 matçda cəmi 12 dəfə fərqlənib.Kataloniya təmsilçisi Martines üçün "İnter"ə Koutinyonu təklif etmişdi

Xəbər Lenti