Ramosdan "12-dən 12"!

17 Fevral 2020 09:58 İspaniya 684
Ramosdan "12-dən 12"!

Madrid "Real"ının kapitanı Serxio Ramos özünəməxsus rekorda imza atıb. Sportinfo.az ispan mediasına istinadən xəbər verir ki, o, rəqib qapılarına vurduğu son 12 penalti zərbəsinin hamısnı qola çevirib.

Ramos sonuncu belə qolu ötən gecə "Selta" ilə 2:2 bitən qarşılaşmanın 65-ci dəqiqəsində vurub. "Real"ın kapitanı komandasının penalti zərbələrini Kriştianu Ronaldo "Kral Klubu"nu "Yuventus"a dəyişdikdən sonra mütəmadi vurmağa başlayıb. Və hələki göstərici pis deyil: 12 penalti, 12 qol!

Sonuncu dəfə Ramos 2 il əvvəl - 2018-ci ilin yazında "Sevilya" ilə matçda penalti zərbəsini boşa verib.

Digər Xəbərlər
Xəbər Lenti