"Şəxsi mesajlarınızı oxuduq" "Barselona"nın "twitter" hesabına hücum edildi:

16 Fevral 2020 20:32 İspaniya 742
"Şəxsi mesajlarınızı oxuduq"

"Barselona"nın "twitter" hesabına "OurMine" adlı xaker qrupu hücum edib.

Sportinfo.az xəbər verir ki, qrup klubun sosial şəbəkə hesabında "Salam, biz "OurMine" qrupuyuq.

Bu, 2-ci səfərimiz oldu. Təhüləksizlik yaxşıdır, amma ən yaxşı səviyyədə deyil" sözlərini paylaşıb.

Image

Qrup klubun hesabında Neymarla bağlı paylaşım edib: "Şəxsi mesajlarınızı oxuduq. Neymar deyəsən, geri qayıdacaq".

Image

Katalonların ərəb səhifəsində klub prezidenti Xosep Bartomeu istefaya çağırılıb.Baş verən hadisədən sonra hesabı geri qaytaran "Barselona" üzr mesajı paylaşıb, belə hadisəyə bir daha yol verməyəcəklərini qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti