"Real"la "Liverpul"un Brozoviç mübarizəsi

15 Fevral 2020 13:54 İspaniya 671
"Real"la "Liverpul"un Brozoviç mübarizəsi

"İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç "Liverpul"la "Real"ın transfer hədəfindədir.

Sportinfo.az xəbər verir ki, hər iki klubun rəsmiləri "İnter"in A Seriyasında "Milan"a 4:2 hesabı ilə qalib gəldiyi oyunda xorvatiyalını stadiondan izləyiblər.

Milan təmsilçisi 27 yaşlı futbolçunu satmaq fikrində olmasa da, onun sərbəst qalma dəyəri 60 milyon avrodur. Bu məbləği isə hər iki klub qarşılamağa hazırdır.

"İnter" Xorvatiya millisinin üzvünü 2015-ci ildə Zaqreb "Dinamo"sundan 5 milyon avroya transfer etmişdi.Brozoviç bu mövsüm 29 oyunda 3 qol vurub, 5 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"