Dostlarını inandırmaq üçün maşınını əzən Zidanla "selfi" - FOTO

14 Fevral 2020 11:34 İspaniya 1 619
Dostlarını inandırmaq üçün maşınını əzən Zidanla "selfi" - FOTO

"Real"ın baş məşqçisi Zinəddin Zidan maraqlı hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis komandanın təlim-məşq bazasının yerləşdiyi Valdebebas şəhərində yüngül qəzaya düşüb.

46 yaşlı məşqçi şəxsi avtomobilini İqnasio Fernandes adlı yerli sakinin idarə etdiyi maşına vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fernandes maşınını vuran şəxsin Zidan olduğunu görəndə təəccüblənib və dərhal onunla "selfi" çəkdirməsini xahiş edib. Zidan isə, öz növbəsində, onun xahişini yerə salmayıb.

Hadisə ilə bağlı danışan İ.Fernandes dostlarını inandırmaq üçün Zidanla şəkil çəkdirdiyini bildirib: "Şəkil çəkdirməsəydim, dostlarım maşınımı vuran adamın Zidan olduğuna inanmayacaqdı. O, papağını çıxardı və mənimlə şəkil çəkdirdi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar