18 yaşında baş məşqçi oldu, indi də “Real”a keçdi

12 Fevral 2020 13:54 İspaniya 969
18 yaşında baş məşqçi oldu, indi də “Real”a keçdi

18 yaşında baş məşqçilik edərək rekord qıran (dünyanın ən gənc baş məşqçisi) Cordan Hadaveyin yeni iş yeri məlum olub.

Sportinfo.az xəbər verir ki, Hadevey “Real”da işə başlayıb.

Belə ki, gənc mütəxəssis “kral klubu”nun futbol məktəblərində məşqçilik edəcək. UEFA-nın B kateqoriyasını alan və “Real”da işə başlayan Hadavey, Madrid təmsilçisindəki günlərindən danışıb:

“UEFA-nın B kateqoriyasını aldıqdan sonra “Real”da işə başladım. Çox xüsusi bir durumdur. Raul Qonsales, Alvaro Arbeloa, Roberto Karlos, Santyaqo Solari kimi adamlarla yan-yana işləmək xüsusi bir duyğudur”.

Cordan Hadavey universitetdə oxuyan zaman UEFA lisenziyası alıb və Uelsin “Kaervis” klubunda baş məşqçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti