"Barselona" heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kike Setyen danışıb.
Kataloniya təmsilçisinin hücumçuları Luis Suares və Usman Dembele zədəlidir. 61 yaşlı mütəxəssis bir neçə oyunçu üzərində müzakirə apardıqlarını bildirib:
"Hücumçu almaq istəyiriksə, bu oyunçu mümkün qədər çoxyönlü olmalıdır. Belə bir futbolçu tapmaq asan olmayacaq. Bir neçə ad üzərində müzakirə edirik. Aydındır ki, komandaya kömək edəcək hücumçu lazımdır".

