Messi "Barselona"dan gedir?

6 Fevral 2020 16:20 İspaniya 1 719
Messi "Barselona"dan gedir?

“Barselona”nın ulduzu Lionel Messi mövsümün sonunda komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşri məlumat verib.

Məlumatda bildirilir ki, klubda son yaşananlar argentinalı futbolçunu narahat edir. O, hər şeyə görə məsuliyyət daşımaqdan artıq bezib.

Bu yaxınlarda klubun idman direktoru Erik Abidalın Ernestə Valverdə haqda açıqlaması isə ulduz oyunçu özündən çıxarıb.

Abidal Valverdenin dönəmində komandada bəzi oyunçular xoşbəxt olmadığını və onların oynamaq istəmədiyini bildirmişdi. Messi isə bu açıqlamaya etiraz edib.

Bununla yanaşı, təcrübüəli futbolçu Valverdenin komandadan ayrılmasını istəmirdi. Ancaq klub rəhbərliyinin ona rəğmən, ispaniyalı mütəxəssislə yollarını ayırması futbolçu üçün sürpriz olub. Bütün bu yaşananlardan sonra isə Messi üçün “Barselona” dönəminin sona çatmaq üzrə olduğu qeyd edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti