İki saat söhbət etdi, istefaya göndərməməyə qərar verdi

6 Fevral 2020 14:14 İspaniya 770
İki saat söhbət etdi, istefaya göndərməməyə qərar verdi

“Barselona”da Lionel Messi ilə klubun idman direktoru Erik Abidalın qarşılıqlı ittihamlarından sonra yaranan gərginlik davam edir.

Sportinfo.az xəbər verir ki, Abidal Ernesto Valverdenin qovulmasında futbolçuları ittiham etmişdi. Bildirmişdi ki, məhz futbolçular Valverdeni istəmirdilər.

Onun bu açıqlamasına Lionel Messi sərt etiraz etmişdi. Abidalı məsuliyyətsizlikdə ittiham edən Leo, ondan konkret ad çəkməyi tələb etmişdi.

Bu qarşıdurmadan sonra məsələyə “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu müdaxilə etməli olub. O, Erik Abidalı qəbul edib.

İki saat çəkən görüşdən sonra Bartomeu Abidalı istefaya göndərməməyə qərar verib. Amma bununla belə, Abidalın bu görüşdən narazı qaldığı da bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti