"Deyirlər ki, bizimlə müqaviləsi başa çatıb, belə deyil"

6 Fevral 2020 09:42 İspaniya 761
"Deyirlər ki, bizimlə müqaviləsi başa çatıb, belə deyil"

"Boka Xuniors" yetirməsi Santiaqo Ramos Minqonun "Barselona" ilə müqavilə imzalamasına sərt reaksiya verib.

Sportinfo.az xəbər verir ki, Argentina klubunun prezidenti katalonların 18 yaşlı futbolçunu qanunsuz transfer etdiyini deyib:

"Deyirlər ki, Minqonun bizimlə müqaviləsi başa çatıb. Əslində, belə deyil. Santiaqo bizə məxsusdur. Bundan əminik və qaydalara uyğun hərəkət edəcəyik. Vəkillərimiz bunun üçün çalışır".

"Boka Xuniors"un yetirməsi olan solaxay mərkəz müdafiəçisi "Barselona"nın B komandasında oynayacaq. İspaniya nəhəngi gələcək vəd edən futbolçuya 60 milyon avro sərbəst qalma qiyməti qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti