Kubokun növbəti 4 finalı bu stadionda olacaq - FOTO

5 Fevral 2020 23:20 İspaniya 716
Kubokun növbəti 4 finalı bu stadionda olacaq - FOTO

İspaniya Kubokunun final matçının keçiriləcəyi stadion bəlli olub.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşma aprelin 18-də Sevilya şəhərindəki Olimpiya stadionunda baş tutacaq.

Arena bundan sonra daha üç finala da ev sahibliyi edəcək. Stadion 57 mindən çox azarkeş tutumuna malikdir.

İspaniya Kubokunun 1/4 final mərhələsində "Qranada" "Valensiya"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Digər matçlarda "Mirandes" "Vilyarreal"la, "Real Madrid" "Real Sosyedad"la, "Barselona" isə "Atletik"(Bilbao) ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti