İspaniya 2-ci liqasında 26-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Real Ovyedo” ilə qarşılaşıb və meydandan məğlubiyyətlə ayrılıb – 1:3. İsrafilov bu oyunun iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
Klub rəhbərliyi cari mövsümdəki uğursuz çıxışa görə Luis Migel Ramisi istefaya göndərib. Artıq komandanın yeni baş məşqçisi də məlumdu.
“Albasete”ni artıq Lukas Alkaras çalışdıracaq. 54 yaşlı ispaniyalı mütəxəssislə anlaşmanın müddəti mövsümün sonuna kimidir. “Albasete” hazırda 28 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

