Messidən "Barsa" ilə yeni müqaviləyə xüsusi şərt

4 Fevral 2020 00:42 İspaniya 1 325
Messidən "Barsa" ilə yeni müqaviləyə xüsusi şərt

"Barselona" ilə müqaviləsinin başa çatmasına 18 ay qalan Lionel Messi yeni sözləşməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, argentinalı ulduz yeni sözləşməsində hər mövsümün sonunda müqaviləsini təktərəfli ləğv etmək ixtiyarında olmaq istəyir.

Messi bu şərtin yeni müqaviləsində olmasını irəli sürəcək. "Barselona"nın prezidenti Xosep Bartomeu daha öncə 32 yaşlı hücumçunun azı 5 il komandada oynayacağına şübhə etmədiyini demişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti