"Barselona" "Palmeyras"ın futbolçusunu heyətinə qatdı

1 Fevral 2020 01:20 İspaniya 681
"Barselona" "Palmeyras"ın futbolçusunu heyətinə qatdı

"Barselona" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, katalonlar "Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib.

21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Barselona" bu keçid üçün 7 milyon avro təzminat ödəyib. Daha 3 milyon avro isə bonuslar şəklində Braziliya klubuna veriləcək.

İspaniya nəhəngi braziliyalı futbolçuya 300 milyon avroluq sərbəst qalma qiyməti qoyub. Fernandes yayda "Barselona"ya qoşulacaq.

"Palmeyras" Mateusu ötən il "Botafoqo"dan 4 milyon avroya transfer etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti