“Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının “Barselona” üslubunda oynaya biləcəyi ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xəbər verir ki, Zidan belə oyun fəlsəfəsinin əleyhinə olduğunu bildirib. O, madridli fanatların da belə stilə qarşı olduqlarını vurğulayıb:
“Kombinasiya xətrinə 1000 ötürmə edilməsini “Bernabeu”dakı azarkeşlərin bəyənəcəyinə şübhə edirəm. Hər bir komandanın öz oyun üslubu var.
Mən “Bernabeu”da oynamışam və azarkeşlərin nə istədiklərini yaxşı bilirəm. Onlar istəyirlər ki, futbolçu meydanda var qüvvəsini sərf etsin”.
“Real” 46 xalla La Liqada liderlik edir. “Barselona”nın 43 xalı var.

