Əfsanəvi Ronaldo Ben Arfanı La Liqaya apardı

28 Yanvar 2020 15:05 İspaniya 1 555
Əfsanəvi Ronaldo Ben Arfanı La Liqaya apardı

Ötən mövsüm "Renn"dən ayrılandan sonra klubsuz qalan Hatem Ben Arfa karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az "Mundo Deportivo"ya istinadə xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Valyadolid"ə keçib. La Liqa təmsilçisi təcrübəli futbolçu ilə danışıqları tamamlayıb və Ben Arfa artıq İspaniyadadır. Onu klubun prezidenti Ronaldonun şəxsən istədiyi bildirilir.

Fransa millisinin sabiq üzvü ötən mövsüm "Renn"də 41 oyuna 9 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Ben Arfa "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti