"Gücümüz budur, liderik"

28 Yanvar 2020 12:15 İspaniya 980
"Gücümüz budur, liderik"

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Valyadolid”ə 1:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Real”ın oyunu haqqında danışan fransalı mütəxəssis turnir cədvəlinin liderliyinə yüksəlmələrinə də toxunub:

“Ağır oyun keçirdik, müdafiədə yaxşı mübarizə apardıq, nəticədən məmnunam. İkinci hissədə yaxşı oyun göstərdik, daha sürətli olduq.

Gücümüz budur. Hamılıqla müdafiə olunuruq. Hazırda turnir cədvəlinin lideriyik, amma bu, heç nəyi dəyişmir. Qarşıda hələ 17 oyun var, uğur istəyiriksə, sona qədər mübarizə aparmalıyıq.

La Liqada qalib gəlmək üçün qarşıda uzun yol var. Naçonun qol vurmasına sevinirəm, o, bu klubu yaxşı tanıyır. Peşəkar futbolçudur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı