"Yarasalar"ın həsrəti bitdi

26 Yanvar 2020 14:05 İspaniya 628
"Yarasalar"ın həsrəti bitdi

İspaniya La Liqasının 21-ci turunda doğma "Mestalya"da lider "Barselona"ya qalib (2:0) gələn "Valensiya" 13 illik həsrətə son qoyub.

Sportinfo.az xəbər verir ki, "yarasalar" Kataloniya klubu üzərində evdə sonuncu dəfə 2007-ci ildə qələbəyə sevinmişdilər.

Eyni zamanda Kike Setyenin başçılıq etdiyi "Barsa" 2016-cı ildən bu yana ilk dəfə idi ki, valensiyalılara məğlub olurdu.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2