La Liqa klubu heyətini xorvatla gücləndirdi

26 Yanvar 2020 12:05 İspaniya 1 651
La Liqa klubu heyətini xorvatla gücləndirdi

"Selta” heyətini yeni futbolçuyla gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Kalyari” klubundan Filip Bradariçi heyətinə qatıb.

Bu barədə “Selta”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında La Liqa klubunda top qovacaq.

“Selta” yayda xorvat yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər. Bradariç mövsümün ilk dövrəsini icarə əsasında Xorvatiyanın “Hayduk” klubunda keçirib. Yarımmüdafiəçi Xorvatiya yığmasında da 6 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il