"Anamı istəyirəm" söylədi, ağladı, yarı atıb getdi… AYRILIĞIN ŞOK MOTİVİ!

25 Yanvar 11:00 Turan 1 427
"Anamı istəyirəm" söylədi, ağladı, yarı atıb getdi… AYRILIĞIN ŞOK MOTİVİ!

"Turan Tovuz"un Martin Petkovla yollarını ayıracağını günlər öncə xəbər vermişdik.

Dünən klub bu məlumatı rəsmən ictimaiyyətə açıqladı.

Bolqarıstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.

Martin Petkov mövsümün əvvəlində "Turan Tovuz"a keçmişdi. 21 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Səmimi desəm, mənim üçün…" – Premyer Liqanın yeni "qol silah"ı

Sevgilisi ilə münasibətləri pozulan gənc legionerin stress yaşadığını bildirmişdik. Aşiq olduğu qızdan ayrılması səbəbindən psixoloji sarsıntı keçirən Martinin daha bir problemi üzə çıxıb.

Demə, o, hələ ötən ilin noyabrında məşqçilərə müraciət edərək, ölkəsinə qayıtmaq istədiyini söyləyib.

Hücumçu deyib ki, anası üçün darıxıb, daha ondan uzaqda yaşaya bilmir.

Petkov Ayxan Abbasov və köməkçilərinin ona inanmadığını görüncə, ağlayıb və qarşılıqlı razılaşma əsasında müqaviləyə tezliklə xitam verilməsini xahiş eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"