Messi "Barsa"nı 86-cı dəqiqədə sevindirdi - VİDEO

2 Dekabr 2019 11:46 İspaniya 1 082
Messi "Barsa"nı 86-cı dəqiqədə sevindirdi - VİDEO

İspaniya La Liqasında 15-ci tura mərkəzi oyun - "Atletiko" - "Barselona" görüşü ilə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cari mövsüm qeyri-stabil çıxışı ilə diqqət çəkən Madrid klubu xüsusən ilk yarıda yaxşı təsir bağışlasa da, meydandan xalla ayrıla bilməyib.

Qarşılaşmanın taleyini həll edən yeganə qolun müəllifi Messi çətin səfərdə komandasına 3 xal qazandırmaqla "Real"la arada xal fərqi yaranmasına imkan verməyib.

"Real"la "Barselona" 31 xalla turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürlər. "Atletiko" 25 xalla 6-cıdır.

İspaniya La Liqası. 15-ci tur

"Atletiko" - "Barselona" 0:1

Qol: Lionel Messi, 86.

Digər Xəbərlər
Xəbər Lenti