Argentinalı müdafiəçi ilə 4 illik müqaviləni razılaşdırdılar

00:30 İspaniya 148
Argentinalı müdafiəçi ilə 4 illik müqaviləni razılaşdırdılar

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” argentinalı ilə müddəti 2030-cu ilin yayına qədər olacaq müqavilə imzalamaq barədə prinsipial razılığa gəlib.

Anlaşmanın daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

Hazırda tərəflər transferlə bağlı danışıqları davam etdirir. “Tottenhem” 28 yaşlı müdafiəçi üçün 40-45 milyon avro tələb edir. Oyunçu isə artıq klubdan ayrılmaq istədiyini rəhbərliyə çatdırıb.

Romero 2025/26 mövsümündə İngiltərə klubunun heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 17:30 Çək və bizə göndər!