İnternetdə “Real”ın hücumçusu Kilian Mbappe ilə yolları ayrılmasına çağırış edən petisiya (təşəbbüs) geniş müzakirə olunmağa davam edir.
Sportinfo.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, fransalı futbolçunun komandadan göndərilməsini artıq təxminən 50 milyon azarkeşin dəstəklədiyi bildirilirdi.
Ancaq digər mənbə iddia edir ki, bu rəqəm süni şəkildə şişirdilib və sözügedən petisiyanın 50 milyon imza toplaması həqiqəti əks etdirmir.
Bununla belə, Mbappeyə qarşı narazılığın mövcud olduğu qeyd olunur. Onun bəzi komanda yoldaşları ilə münasibətlərinin istənilən səviyyədə olmadığı iddia edilir.
Bundan başqa, o, tez-tez topsuz oyunda kifayət qədər çalışmamaqda və müdafiəyə yardım etməməkdə tənqid olunur.
27 yaşlı futbolçu cari mövsümdə “kral klubu”nun heyətində keçirdiyi 41 oyunda 41 qol vurub. Onun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

