Bu qərardan peşman olduğunu etiraf etdi - Gərək gəlməzdim

16:55 İspaniya 104
Bu qərardan peşman olduğunu etiraf etdi - Gərək gəlməzdim

“Real”ın sabiq baş məşqçisi Xabi Alonsonun komanda daxilindəki son hadisələrə reaksiyası məlum olub.

Daha əvvəl yayılan xəbərlərə görə, komandada ciddi qalmaqal yaşanıb.

Məşq zamanı Orelyen Tçuameni və Federiko Valverde arasında dava düşüb. Nəticədə, uruqvaylı yarımmüdafiəçi xəstəxanaya aparılıb və ona tikiş qoyulub.

Futbolçular arasında qarşıdurma hələ bir gün əvvəl başlayıbmış. Sonda, klub hər iki futbolçunu 500 min avro məbləğində cərimələyib və tərəflər arasında barışıq elan olunduğu bildirilir.

Sportinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Alonso bu vəziyyəti kənardan izlədiyi üçün rahatlıq hissi keçirdiyini yaxın ətrafına bildirib.

O, həmçinin, “Real”ı keçən yay “uyğun olmayan vaxtda” qəbul etdiyini və bu qərardan zamanla peşman olduğunu etiraf edib.

44 yaşlı mütəxəssisin hazırda yeni təkliflər gözlədiyi, ancaq tələsik qərar vermək istəmədiyi bildirilir. Onun yaxın zamanda İspaniyada hansısa komandanı çalışdırması da çətin görünür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti