“Barselona”nın sabiq prezidenti Xuan Qaspar, “Real”ın rəhbəri Florentino Peres haqqında qalmaqallı açıqlama verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Peresi insan kimi müsbət qiymətləndirsə də, onun idman dünyasındakı fəaliyyətinə tənqidi yanaşıb:
“İnsan kimi əla adamdır. Peşəkarlıq baxımından ulduzdur, unikal istedaddır. Amma idman dünyasında fırıldaqçıdır”.
Florentino Peres 2000-ci ildən (2006–2009 illər istisna olmaqla) “Real”a rəhbərlik edir. Onun dövründə Madrid təmsilçisi 33 kubok qazanıb.
“Kral klubu” hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Komandalar sabah 35-ci tur çərçivəsində bir-biri ilə qarşılaşacaq.

