“Real” Mourinyoya 2 illik müqavilə təklif edib?

15:40 İspaniya 77
“Real” Mourinyoya 2 illik müqavilə təklif edib?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo karyerasında yenidən “Real” dönəmi yaşaya bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda komandadan ayrılması gözlənilən Alvaro Arbeloanın əsas əvəzləyicisi hesab olunur.

“Kral klubu”nun prezidenti Florentino Peres Mourinyoya müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib.

Madrid təmsilçisi həmçinin, “Benfika”ya 3 milyon avro məbləğində təzminat ödəməyə hazırdır.

Hazırda yekun qərarın Mourinyodan asılı olduğu bildirilir. Lissabon klubu isə onunla ilə yolları ayırmaq istəmir və yeni müqavilə təklif edib.

63 yaşlı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti