“Real”a qarşı 90 dəqiqə oynamaq istəyir - “Barselona”nın hücumçusu

01:30 İspaniya 77
“Real”a qarşı 90 dəqiqə oynamaq istəyir - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Rafinya zədədən sonra vəziyyəti ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu artıq bir həftədən çoxdur komanda ilə tam məşqlərə qoşulur və özünü oyuna hazır hiss edir.

O, “Real”la qarşıdakı “el klasiko”da meydana çıxmağı arzuladığını deyib:

“Tam matç oynamaq istərdim, amma vəziyyətimi də düzgün qiymətləndirmək lazımdır. Ümid edirəm ki, bəzi dəqiqələr qazana bilərəm”.

Rafinya bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 19 qol vurub və 8 məhsuldar ötürmə verib.

“Kamp Nou”da mayın 10-da keçiriləcək “el klasiko” saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti