Büdcəyə uyğun istədiyi müdafiəçini tapdı - “Barselona”

9 May 01:40 İspaniya 701
Büdcəyə uyğun istədiyi müdafiəçini tapdı - “Barselona”

“Barselona”nın “Mançester Siti”nin müdafiəçisi Natan Ake ilə maraqlandığı bildirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu müdafiə xətti üçün “büdcəyə uyğun” variant hesab edir.

Bununla belə, Ake “Barselona”nın əsas transfer hədəflərindən biri sayılmır.

“Barsa” rəhbərliyi xüsusilə, Akenin təcrübəsini yüksək qiymətləndirir. O, yalnız mərkəzdə deyil, sol cinahda da çıxış edə bilir.

Niderlandlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Bu səbəbdən, “şəhərlilər”in onu qarşıdakı transfer pəncərəsində münasib qiymətə sata biləcəyi deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?