Komanda yoldaşı ilə dalaşan kapitanıb başı masaya çırpıldı, “özündən getdi”

12:00 İspaniya 106
Komanda yoldaşı ilə dalaşan kapitanıb başı masaya çırpıldı, “özündən getdi”

“Real”ın kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə yaşadığı insidentdən sonra xəsarət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Bildirilir ki, hadisə soyunub-geyinmə otağında baş verib. Məlumata görə, Çuameninin zərbəsindən sonra müvazinətini itirən Valverde yıxılaraq başını masaya vurub.

Təcili xəstəxanaya çatdırılan futbolçunun yaddaşını tam itirmədiyi, lakin bəzi məqamları xatırlamadığı bildirilir. Oyunçu dərhal kompüter tomoqrafiyasından keçirilib.

Qeyd olunur ki, bu, futbolçular arasında baş verən ilk qarşıdurma deyil.

Bir gün əvvəl məşq zamanı epizodların birində qayda pozuntusuna görə mübahisə edən oyunçular arasında gərginlik soyunub-geyinmə otağında davam etsə də, həmin vaxt hadisə ciddi xəsarətsiz ötüşmüşdü.

Artıq ikinci dəfə təkrarlanan insidentdən sonra klub rəhbərliyi təcili iclas təşkil edib və heç bir futbolçunun məşq bazasını tərk etməsinə icazə verilməyib.

Bir müddət əvvəl Kilian Mbappenin də məşqçilər heyəti ilə münaqişə yaşadığı barədə məlumatlar yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti