“Real”ın baş məşqçi postuna qayıtmaq üçün şərti var - Mourinyonun

7 May 01:30 İspaniya 616
“Real”ın baş məşqçi postuna qayıtmaq üçün şərti var - Mourinyonun

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a mümkün qayıdışı ilə bağlı öz şərtini irəli sürüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “kral klubu”na qayıtmağa hazırdır.

Ancaq o, komandanın idarəçiliyində tam sərbəstlik tələb edir.

Mourinyo rəhbərlikdən müdaxilə olmadan, istənilən futbolçunu ehtiyatda saxlamaq və ya meydanda şans vermək hüququna sahib olmaq istəyir. Ona görə, komandada toxunulmaz oyunçular olmamalıdır.

63 yaşlı məşqçi 2010–2013-cü illərdə də “Real”ı çalışdırıb. Onun həmin dövrdə klubdan ayrılmasının əsas səbəblərindən biri top-oyunçularla yaşanan gərgin münasibətlər olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?