Yeni baş məşqçinin adını açıqladılar - Müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq

6 May 00:10 İspaniya 251
Yeni baş məşqçinin adını açıqladılar - Müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq

“Atletik” yeni baş məşqçisini rəsmən elan edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bask təmsilçisinin baş məşqçi postunu Edin Terziç tutacaq.

42 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Terziç bundan əvvəl Dortmund “Borussiya”sını çalışdırıb. Onun karyerasında həmçinin, “Vest Hem” və “Beşiktaş” kimi komandalar da yer alır.

“Atletik” hazırda La Liqada 34 turdan sonra 44 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyunu mayın 10-da, “Valensiya”ya qarşı evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı