“Aston Villa”nın çalışdırıcısı Unay Emeri “Real”ın baş məşqçi postuna namizədlər siyahısına daxil edilib.
Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı mütəxəssisi mümkün variantlardan biri kimi nəzərdən keçirir.
Emerinin İngiltərə təmsilçisi ilə uzunmüddətli müqaviləsi olmasına baxmayaraq, bəzi mənbələr onun vətənində yeni çağırışa açıq ola biləcəyini bildirir.
“Aston Villa”nın maliyyə məhdudiyyətləri də məşqçinin qərarına təsir göstərə bilər.
Emeri 2022-ci ildən Birmingem komandasına rəhbərlik edir. O, “Aston Villa”ya gəldikdən sonra komandanı düşmə təhlükəsindən xilas edib və qısa müddətdə yüksək səviyyəyə qaldırıb.
Komanda onun rəhbərliyi altında ardıcıl şəkildə avrokuboklara vəsiqə qazanıb və hazırda da növbəti mövsüm UEFA Çempionlar Liqasına düşmək üçün yaxşı mövqedədir.

