“Nyukasl”ın vingeri Entoni Qordon “Barselona”nın maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar 25 yaşlı futbolçunun çıxışını yaxından izləyir.
Klub rəhbərliyi Qordonun xüsusilə, topsuz oyundakı hərəkətlərini yüksək qiymətləndirir.
Bununla belə, transferin reallaşmasına əsas maneə futbolçunun yüksək qiymətidir. Belə ki, “Nyukasl” ingilis oyunçu üçün 85 milyon avro tələb edir.
Qordon bu mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

