“Barselona” heyətini gücləndirmək üçün planlar qurur.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, kataloniyalılar “Çelsi”nin müdafiəçisi Mark Kukurella ilə maraqlanır.
İspaniyalı futbolçu “Barselona” üçün çox ciddi seçim kimi qeyd olunur. Mətbuat əvvəllər klubun müdafiənin sol cinahına yeni oyunçu transfer etmək istəyi barədə məlumat vermişdi.
27 yaşlı futbolçu “Barselona”nın yetirməsidir və əsas komandada bir oyun keçirib.
“Transfermarkt” portalı onu 50 milyon avro dəyərində qiymətləndirir. O, dünyanın ən bahalı dördüncü sol cinah müdafiəçisidir.

