“Barselona”nın qapıçısı Voyçex Şesnı dünya futbolunun ən böyük oyunçularından birini xüsusi şəkildə xatırladıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qolkiper, “Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi ilə qarşılaşdığı anları unuda bilmədiyini söyləyib:
“Qarşılaşdığım ən çətin rəqib oyunçu Messi olub. Ola bilər ki, mənə daha çox qol vuran futbolçular var.
Amma məni qorxudan yeganə oyunçu odur. O, ölümcül təhlükəli futbolçudur”.
36 yaşlı qapıçı 2024-cü ildən “Barselona”da çıxış edir. O, cari mövsümdə 10 oyunda meydana çıxıb və qapısında 17 qol görüb.

