“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda komandadan ayrılmaq niyyətində deyil.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bu yay gələcək bütün təklifləri rədd etməyi planlaşdırır.
Kamavinqa Madriddən getmək istəmir və hazırkı vəziyyəti dəyişərək, komandada əsas fiqurlardan birinə çevrilməkdə qərarlıdır.
Daha əvvəl “kral klubu”nun mövsümün sonunda fransalı futbolçunu satmaq niyyətində olduğu bildirilirdi. Ancaq oyunçu bu ssenarini qəbul etmir.
Kamavinqa 2021-ci ildən “Real”ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 39 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

