Hücumçusu üçün 60 milyon avroluq təklif gözləyir - "Real"

27 Aprel 15:40 İspaniya 371
Hücumçusu üçün 60 milyon avroluq təklif gözləyir -

“Real” yay transfer pəncərəsində hücumçusu Qonsalo Qarsiya ilə yollarını ayıra bilər.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, “kral klubu” 22 yaşlı forvard üçün ən azı 60 milyon avro təklif olunacağı halda onun satışına razı olacaq.

Qarsiya ilə Bundesliqa və A Seriyası təmsilçiləri maraqlanır və onun karyerasını bu liqalardan birində davam etdirmə ehtimalı var.

“Transfermarkt” portalı ispaniyalı forvardın bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

O, cari mövsümdə La Liqada 25 oyuna çıxıb və 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu