Yaxın gələcəkdə klubunu dəyişməyi planlaşdırmır - “Barselona”nın müdafiəçisi

15:20 İspaniya 78
Yaxın gələcəkdə klubunu dəyişməyi planlaşdırmır - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo klubdan ayrılmaq niyyətində deyil.

O, hazırda kataloniyalıların əsas heyətində daimi yerə sahib deyil və son vaxtlar daha çox sonradan oyuna daxil olur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi mübarizəsini dayandırmaq istəmir və komandanın aparıcı oyunçularından birinə çevriləcəyinə inanır.

Uruqvaylı futbolçu yaxın gələcəkdə klubunu dəyişməyi planlaşdırmır. O, qarşıdakı dünya çempionatını isə karyerasını yenidən yüksəlişə çıxarmaq üçün böyük fürsət kimi dəyərləndirir.

Arauxo cari mövsümdə bütün turnirlərdə “Barselona”nın heyətində 35 oyuna çıxıb, 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti