“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubdakı ən sevdiyi an haqda danışıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Barselona”da ən sevdiyim an La Liqanı qazanmaq idi.
Amma klubdakı hər gündən zövq alıram. Hələ də “Barselona”da oynamağa öyrəşməmişəm”.
Niderlandlı futbolçu 2019-cu ilin yayında, Amsterdam “Ayaks”ından “Barselona”ya keçib. O, Kataloniya klubu ilə iki dəfə İspaniya çempionluğunu qazanıb – 2023 və 2025-ci illərdə.

