Yay transfer dövrü üçün iki portuqaliyalını hədəfə aldı - “Barselona”

01:30 İspaniya 119
Yay transfer dövrü üçün iki portuqaliyalını hədəfə aldı - “Barselona”

“Barselona” yay transfer dövrü üçün iki portuqaliyalı futbolçunu hədəfə alıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva və “Çelsi”nin vingeri Pedro Neto ilə maraqlanır.

“Barselona” rəhbərliyi hücum xəttini gücləndirmək niyyətindədir və hər iki futbolçu bu planlara uyğun namizəd hesab olunur.

Silva mövsümün sonunda azad agent statusu ala bilər, çünki onun “Mançester Siti” ilə müqaviləsinin müddəti başa çatır və uzadılmayacaq.

Pedro Netonun isə bazar dəyəri “transfermarkt” portalına görə 60 milyon avro qiymətləndirilir. Bildirilir ki, “Çelsi” cari mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 26 yaşlı futbolçu klubdan ayrılmağı düşünə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”