Yetirməsini geri qaytarmaq imkanını araşdırır - 13,5 milyon avroluq şərt

24 Aprel 15:20 İspaniya 647
Yetirməsini geri qaytarmaq imkanını araşdırır - 13,5 milyon avroluq şərt

“Real” yarımmüdafiə xəttini gücləndirmək üçün “Ştutqart”da çıxış edən Cema Andres variantını nəzərdən keçirir.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” yay transfer pəncərəsində öz yetirməsini geri qaytarmaq imkanını araşdırır.

20 yaşlı futbolçunun müqaviləsində geri alış şərti mövcuddur və bu məbləğ 13,5 milyon avro təşkil edir.

İspaniyalı yarımmüdafiəçi cari mövsümdə “Ştutqart”ın heyətində 35 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

O, Bundesliqa təmsilçisinə transfer olunmazdan əvvəl “Real”ın əsas komandasında 3 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?