Dünya çempionatına qədər meydana çıxmaya bilər - Lamin Yamal

18:40 İspaniya 78
Dünya çempionatına qədər meydana çıxmaya bilər - Lamin Yamal

“Barselona”nın vingeri Lamin Yamal dünən La Liqada “Selta” ilə keçirilən oyunda zədələnib.

18 yaşlı ulduz matçın 40-cı dəqiqəsində penaltidən fərqlənsə də, ilk hissənin sonuna qədər oynaya bilməyib və baş məşqçi Hans-Diter Flik onu əvəzləmək məcburiyyətində qalıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin müayinələr Yamalda arxa bud əzələsinin (hamstrinq) qopmasını göstərib.

Diaqnoz təsdiqlənərsə, o, təxminən beş həftə yaşıl meydanlardan uzaq qalacaq və yalnız yayda keçiriləcək dünya çempionatı ərəfəsində sıraya qayıdacaq.

“Selta” ilə qarşılaşma “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniyalılar növbəti oyununu aprelin 25-də, səfərdə “Xetafe”yə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti