Kapitan baş məşqçinin ona ədalətsiz davrandığını hesab edir - Məni niyə oynatmırsan?

18:20 İspaniya 107
Kapitan baş məşqçinin ona ədalətsiz davrandığını hesab edir - Məni niyə oynatmırsan?

“Real”da müdafiəçi Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında münasibətlərin gərgin olduğu bildirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun kapitanı baş məşqçinin ona ədalətsiz davrandığını hesab edir.

İspaniyalı futbolçu Arbeloanın əsas heyətdə Trent Aleksander-Arnolda üstünlük verməklə onu DÇ-2026 üçün şanssız vəziyyətə saldığını düşünür.

Digər tərəfdən, baş məşqçinin də Karvahalın ehtiyat oyunçu roluna reaksiyasından narazı olduğu bildirilir. Bununla belə, Arbeloanın Aleksander-Arnoldu əsas planlardan çıxarmaq fikrində olmadığı deyilir.

Karvahal bu mövsüm bütün turnirlərdə 20 oyunda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti