“Barselona” İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə bağlı transfer planlarını davam etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlərdə tərəflər arasında yeni irəliləyiş qeydə alınmayıb və yaxın iki həftə ərzində də ciddi dəyişiklik gözlənilmir.
Bununla belə, Kataloniya klubunun transferi may və ya iyunda tamamlamağı planlaşdırdığı bildirilir.
Bastoni ilə “Barselona” arasında əlaqənin artıq ötən ilin dekabrından mövcud olduğu deyilir.
27 yaşlı müdafiəçi cari mövsümdə “İnter” forması ilə 37 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

