“Atletiko”nun idman direktoru Mateu Alemani “Barselona”nın yarımmüdafiəçisi Mark Bernalın nümayəndəsi ilə danışıqlar aparıb.
Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi hazırda böyük potensiala malik gənc futbolçular axtarır və 18 yaşlı Bernalı yüksək qiymətləndirir.
İspaniyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 28 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

