Yamalın “Barselona” rəhbərliyindən nə tələbi var?

9 Aprel 18:40 İspaniya 1 048
Yamalın “Barselona” rəhbərliyindən nə tələbi var?

“Barselona”nın hücumçusu Lamin Yamal komandanın gücləndirilməsini istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu heyətdə elit səviyyəli hücumçunun çatışmadığını düşünür və rəhbərlikdən bu mövqeyə uyğun oyunçunun transferini tələb edir.

O, komandanın onun iddialarına uyğun səviyyədə olmasını istəyir.

“Barselona” uzun müddətdir ki, “Atletiko”nun hücumçusu Xulian Alvareslə maraqlanır. Argentinalı forvard isə artıq özünü göstərməyi bacarıb.

O, dünən “Kamp Nou”da keçirilən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (2:0) cərimə zərbəsindən qol vuraraq komandasının qəhrəmanına çevrilib.

Tərəflər arasında cavab qarşılaşması aprelin 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?