“Bu mövzu haqqında danışmaq belə, istəmirsən, çox qıcıqlandırıcıdır”

10:00 İspaniya 80
“Bu mövzu haqqında danışmaq belə, istəmirsən, çox qıcıqlandırıcıdır”

Niderland millisinin və “Real”ın sabiq futbolçusu Rafael van der Vart “kral klubu”nun hücumçusu Vinisius Junioru tənqid edib.

O, hesab edir ki, braziliyalı oyunçu tez-tez simulyasiya (hakimləri aldatmaq cəhdi) edir və bu davranış Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern”ə qarşı keçirilən ilk matçında (1:2) da özünü göstərib.

Sportinfo.az xəbər verir ki, “Ziggo Sport” efirində danışan niderlandlı sabiq futbolçu, bunun çox təəssüf doğurduğunu bildirib:

“Bu, çox təəssüf doğurur, çünki o, yaxşı futbolçudur. Amma bu mövzu haqqında danışmaq belə, istəmirsən, yenə də, çox qıcıqlandırıcıdır.

O, yüngül toxunuşda yerə yıxılır, sonra isə qalxıb qırmızı vərəqə tələb edir”.

Vinisius cari mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 17 qol vurub və 13 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti