“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hücumçu Antuan Qrizmannın komandadan ayrılması haqda danışıb.
Fransalı futbolçu artıq MLS klublarından “Orlando Siti” ilə anlaşdığı üçün yayda İspaniya komandasından ayrılacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrizmann da Simeone ilə birlikdə iştirak etdiyi mətbuat konfransında baş məşqçisini tərifləyib:
“Simeone sayəsində heç vaxt xəyal etmədiyim səviyyəyə çatdım. Baş məşqçiyə heyranam və onu sevirəm. Onun üçün oynamaq böyük şərəf və imtiyazdır”.
35 yaşlı futbolçu “Atletiko”da 489 matçda 211 qol vurub və 97 məhsuldar ötürmə edib.

