“Real”ın sabiq yarımmüdafiəçisi Sami Kxedira UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə oyunlardan əvvəl Madrid klubuna görə narahat olduğunu bildirib.
Sportinfo.az “Sport Bild”-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu bunu deyib:
“Bayern” qarşısıalınmazdır. Avropada bu səviyyədə heç vaxt belə bir şey görməmişəm. “Bayern” böyük qələbələrə diqqət yetirir və heç vaxt 1:0, 2:0 və ya 3:0 hesabları ilə kifayətlənmir.
Kilian Mbappe və Vinisius Junior yüksək təzyiq altında özlərini tam rahat hiss etmirlər ki, bu da “Real”ın birliyini sarsıda və komanda ruhuna təsir edə bilər.
“Bayern” topu rəqibin müdafiəsinin gerisində ala bilsə, “Real”ın onları dayandırması olduqca çətin olacaq. Onların əsas gücü Jozua Kimmix, Pavloviç və hətta Harri Keynin kəskin ötürmələridir”.

