İcarədə olan danimarkalı hücumçu “Barselona”ya yollanacaq?

01:30 İspaniya 78
İcarədə olan danimarkalı hücumçu “Barselona”ya yollanacaq?

“Mançester Yunayted”dən icarə əsasında “Napoli”də çıxış edən Rasmus Hoylund karyerasını “Barselona”da davam etdirə bilər.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Kataloniya klubu danimarkalı hücumçunu yaxından izləyir.

Bildirilir ki, futbolçu hələlik “Barselona”nın əsas transfer hədəfləri siyahısında yer almasa da, onun hazırkı performansı klub rəhbərliyini ciddi şəkildə təsirləndirib.

Hoylundun müqavilə hüquqları “Mançester Yunayted”ə məxsusdur. Ancaq mövsümün sonunda onun Neapol təmsilçisinə tam transfer olunacağı ehtimalı yüksək qiymətləndirilir.

26 yaşlı forvard cari mövsümdə 37 oyunda iştirak edib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti